Haqqımızda


 
 

Aqrar sektorda maşın-traktor parkının daha müasir və innovativ texnologiyalarla yenilənməsi imkanlarının artması, kənd təsərrüfatı məhsulları istehsalçılarına kənd təsərrüfatı texnikalarının, mineral gübrələrin, herbisidlərin, texnoloji avadanlıqların güzəştli satışının həyata keçirilməsi son illərdə qeyri-neft sektorunun artan templə inkişafını qaçılmaz etmişdir. Bütün bunlar aqrar sahədə özəl şirkətlərin fəaliyyət imkanlarının da artmasına səbəb olmuşdur. Bu sahədə uzun illərdir fəaliyyət göstərən və təcrübəli mütəxəssis heyətinə malik “Agrispace” Məhdud Məsuliyyətli Cəmiyyəti öz sözünü deyə bilmiş şirkətlər siyahısına adını yazdırmışdır. Müasir innovativ kənd təsərrüfatı asılan qoşulan texnikaların istehsalçısı Üstmak firması Azərbaycanda “Agrispace” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi distributorudur.

Servis

Xidmətimiz

“Agri Space” MMC Azərbaycan Respublikasında kənd təsərrüfatı bazarına yeni daxil olunmuşdur və əsas fəaliyyəti “UstMak” firmasının kənd təsərrüfatı texnikalarının satışını həyata keçirməkdir, həmçinin “UstMak” firmasının Azərbaycan Respublikasında rəsmi distributorudur.Ustmak firmasının istehsal etdiyi kənd təsərrüfatı texnikaları dünya və avropa standartlarına tam olaraq cavab verir.İstehsal zamanı yüksək keyfiyyət və müasir texnologiyalardan istifadə edilir.Hər bir texnikaya satış zamanı rəsmi istehsalçı zəmanəti verilir.Bundan əlavə olaraq yaxın zamanda “Agri Space” MMC texnoloji avadanlıqların, kənd təsərrüfatı texnikaları üçün ehtiyyat hissələrinin, mineral gübrələrin, dərmanların (pestisitlərin) və damazlıq heyvanların satışını da həyata keçirəcəkdir.

Tanış Olun

Ən Çox Satılan Məhsullarımız

Gələcək üçün addımlarınızı bizimlə atın.

Müştərilərimizin Həmişə Yanındayıq

Bizim Başqa Firmalardan Fərqimiz

Kənd təsərrüfatı sahəsində uzun illərdir fəaliyyət göstərən və təcrübəli mütəxəssis heyətinə malik “Agrispace” Məhdud Məsuliyyətli Cəmiyyəti öz sözünü deyə bilmiş şirkətlər siyahısına adını yazdırmışdır. Hal-hazırda müxtəlif təyinatlı asılan və qoşulan kənd təsərrüfatı texnikalarına olan marağı nəzərə alan “Agrispace” MMC müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının, o cümlədən ot-küləş presləyənlər, müxtəlif gövdəli kotanlar, müxtəlif tutumlu çiləyicilər, pambıq, düyü ,bağlar və digər məqsədlər üçün istifadə edilən qoşqular, frez, kultivator və sairənin respublikaya gətirilməsi təmin edir və alış dəyərinə 40 faiz dövlət güzəşti tətbiq edilməklə nağd və ya lizinq qaydasında satışını həyata keçirir.Bütün məhsullarımıza 1 və ya 2 illik sığorta verilir. Azərbaycan Respublikasının Şirvan, Gəncə və Yevlax bölgələrində  anbarlarımız mövcuddur. Sahibkarların və fermerlərin rahatlığı, texnikalarımızın daha əl çatan olması üçün gələcəkdə ölkənin digər bölgələrindədə yeni satış mərkəzləri açmağı və anbarlarımızın sayını artırmağı planlaşdırırıq.

Biznes Partnyorlarımız